Search
929884_490080

Sosial evlərin inşası mənzillərin qiymətlərinə necə təsir edəcək?

“Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası mənzil bazarına necə təsir edəcək? Ucuz qiymətə satılacaq mənzillər digər tikinti şirkətlərini də qiymətləri endirməyə vadar edə bilərmi?
Əmlak eksperti Ramil Osmanov deyir ki, 5 il ərzində tikilməsi nəzərdə tutulan  mənzillərın sayı mənzil bazarında 1 aya satılan həcmə bərabərdir.
Digər tərəfdən, uyğun qiymətə satılan mənzilləri alıb başqasına satmaq mənzil bazarına hansısa təsir edə bilər. Amma buna da qanunvericilik imkan vermir.
Digər əmlak eksperti Nüsrət İbrahimov da ucuz mənzillərin bazardakı qiymətlərə hansısa formada təsir edəcəyinə inanmadığını deyir.
Ekspert hesab edir ki, banklardan illik 10 faizlə biznes krediti götürüb mənzil inşa edən şirkətlər indi Sahibkarlığa Kömək Milli Fondu və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə maliyyə və kredit dəstəyi ala biləcəklər ki, bu da tikinti sektorunda canlanma yaradacaq.
Xezerxeber



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir