Search
450914_486817

Sabah Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekorda çata bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6471 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6471 AZN/USD olub.
Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-sü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axsama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.
Xatırladaq ki, sabaha olan məzənnə 1,6471 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsi olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb.
Qeyd edək ki, bu gün, noyabrın 1-də rəsmi məzənnə 1,6381 AZN/USD-dir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir