Search
shutterstock_171976406

Səyahət sığortası nədir? – Neçəyədir?

Səyahət zamanı ən ehtiyac duyulan maliyyə məhsullarından biri məhz səyahət sığortasıdır. Səyahət Sığortası xarici ölkələrə səyahət zamanı sağlamlığınızla bağlı olaraq ortaya çıxa biləcək bədbəxt hadisə, tibbi xərc və digər riskləri zəmanət altına alır. Ölkəmizin hüdudlarından kənarda olduğumuz zaman gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklər barədə düşünməyimiz vacibdir. Qarşılaşdığımız qəfil xəstəliklər, bədbəxt hadisələr istirahətimizi, işgüzar əhval-ruhiyyəmizi pozmaqla yanaşı, çox ciddi miqdarda maliyyə vəsaiti də tələb edir. Bu hadisələrdən sığortalanmamaq gələcəkdə baş verəcək təhlükələr qarşısında aciz qalmaq deməkdir.
Əgər bu təhlükələr evimizdən kənarda baş verirsə və köməyimizə heç kim yetişə bilmirsə, onda bizə nə edəcəyimiz barədə yalnız ciddi düşünmək qalır.
Məhz bu səbəbə görə hazırda dünyanın bir çox ölkəsi Səyahət sığortası olmayan şəxslərin öz ölkələrinə daxil olmalarına icazə vermirlər. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:

  • tibbi (ambulator və stasionar) xidmətlər üzrə
  • tibbi daşınma/evakuasiya və repatriasiya
  • hüquqi yardım
  • baqajın itməsi
  • səyahətin ləngiməsi və s.

ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir.

Şirkətlər Ölkə Sığorta məbləği Səyahət müddəti Sığorta təminatı*
A-Qroup Türkiyə 9,76 AZN 7 gün 15 000 USD
Ata Bank Türkiyə 9,33 AZN 7 gün 15 000 USD
AERQARANT Türkiyə 8,94 AZN 7 gün 5000 USD
Sənaye Sığorta Türkiyə 8,94 AZN 7 gün 5 000 USD
Alfa Sığorta Türkiyə 7,42 AZN 7 gün 10 000 USD
Atəşgah Sığorta Türkiyə 7,12 AZN 7 gün 5 000 USD
Amrah Sığorta Türkiyə 7 AZN 7 gün 5 000 USD
Beynəlxalq Sığorta Türkiyə 6,82 AZN 7 gün 15 000 USD
AzSığorta Türkiyə 13,56 AZN 7 gün 15 000 USD
AXA MBASK Türkiyə 11,36 AZN 7 gün 15 000 USD
Bakı Sığorta Türkiyə 10,51 AZN 7 gün 10 000 USD
İpək Yolu Sığorta Türkiyə Bu sığorta növü nəzərdə tutulmamışdır.
Mega Sığorta Türkiyə 8,30 AZN 7 gün 5 000 USD
Paşa Sığorta Türkiyə 11,20 AZN 7 gün 15 000 USD
Rəvan Sığorta Türkiyə 8,54 AZN 7 gün 15 000 EUR
Standard İnsurance Türkiyə 7,29 AZN 7 gün 5 000 USD
Xalq Sığorta Türkiyə 3,34 AZN 7 gün 5 000 USD

Qeyd: Sığorta təminatı Sığorta şirkətlərinin təklif etdiyi minimum məbləğlər üçün nəzərdə tutulmuşdur.

Banker.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir