Search
photo_75718

Səudiyyə Qərb təqviminə niyə keçir?

Səudiyyə Ərəbistanı Nazirlər Şurasının elan etdiyi islahatlar çərçivində dövlət qulluqçularına maaşların ödənilməsi üçün Qərb Qreqorian təqviminə keçib.
Krallıq 1932-ci ildə yaradılandan bəri Hicri-Qəməri təqvimdən istifadə edirdi, lakin oktyabrın 1-dən Şəmsi əsaslı Qriqorian təqvimini qəbul edib. İslami Qəməri təqvimdə hər biri 29 və ya 30 gündən ibarət 12 ay var. Beləliklə, müsəlman ili 354 gün olmaqla Qərb ilindən 11 gün qısadır.
“Təqvim islahatının” səbəbini də elə bunda axtarmaq lazımdır. Yeni təqvimlə dövlət sektorunda çalışanlar 11 günlük maaşlarını itirəcəklər. Bununla da hökumət neft qiymətlərinin düşdüyü bir vaxtda xeyli vəsaitə qənaət edə biləcək.
Nazirlər Şurasının daha bir qərarı ilə Həcc ziyarəti vizasının qiymətləri də qaldırılıb. İndi Həcc ziyarəti üçün vizanın qiyməti hər bir səfər üçün 527 dollar olacaq.
Adi səfərlər üçün iki aylıq vizanın qiyməti artırılaraq 52 dollara çatdırılıb.
Bundan əvvəl hökumət nazirlərin maaşalarını 20 faiz ixtisar edib, mükafatları isə ümumiyyətlə dayandırıb.
EurasiaDiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir