Search
D8

Səudiyyə Ərəbistanı da “üzən məzənnə”yə keçir – Proqnoz

Treyderlərin Səudiyyə Ərəbistanının milli valyutasını – rialı devalvasiya edəcəyi ilə bağlı gözləntiləri rekord həddə çatıb.
” Vesti” agentliyinin verdiyi xəbərə görə, rialın uzunmüddətli məzənnəsi ilə bağlı kontraktlar onun “üzən məzənnə”yə keçəcəyini göstərir. Belə ki, ölkənin maliyyə göstəriciləri də bunu deməyə əsas verir. Qeyd edək ki, 2016-cı ildə S.Ərəbistanının büdcə kəsiri ÜDM-in 14%-nə və ya 90 mlrd. dollara çatıb. Treyderlər çoxdan hökumətin “üzən məzənnə”yə keçməsini gözləsələr də, hökumət külli miqdarda vəsait xərcləyərək rialın məzənnəsini qoruyub saxlayır.
Belə ki, son 24 ayda ölkənin valyuta ehtiyatları 185 mlrd. dollar və ya 25% azalaraq 555 mlrd. dollara kimi geriləyib. Fond birjası indeksi isə son iki gündə 10% dəyərini itirib.
Xatırladaq ki, son günlərdə S.Ərəbistanı ilə ABŞ arasında münasibətlər gərginləşib. ABŞ Konqresi prezidentin vetosuna baxmayaraq 11 sentyabr teraktlarında həlak olanların ailələrinin S.Ərəbistanına qarşı iddia qaldırmasına icazə verib. S.Ərəbistanı isə öz növbəsində əllərində olan ABŞ qiymətli kağızlarını satacaqlarını bildiriblər. Lakin qeyd etmək lazımdır ki, S.Ərəbistanına qarşı kompensasiya iddiası qaldırılarsa, bu, ölkənin aktivləri və valyuta ehtiyatlarının dondurulması ilə nəticələnə bilər. İddialar səbəbindən həmçinin S.Ərəbistanı büdcə kəsirini örtmək üçün avrobond yerləşdirə bilməz. Bu da S.Ərəbistanının onsuz da çətin olan maliyyə vəziyyətini bir qədər də çətinləşdirərək devalvasiya ehtimallarını gücləndirir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir