2016-cı il avqust ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları əvvəlki aya nisbətdə 29,6 mln. dollar və ya 0,7% artıb.
Həmçinin rəsmi valyuta ehtiyatı ilin əvvəlinə nisbətdə 16,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42,7% azalmışdır.
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının illik dinamikasını aşağıdakı qrafikdə daha aydın görmək mümkündür.
Qrafikdən də göründüyü kimi üzən valyutaya ötən ilin əvvəlindən keçilməsinə baxmayaraq, rəsmi valyuta ehtiyatlarındakı azalma bu ilin fevral dayanmışdır. Bu dövrdən sonra isə ehtiyatlar nisbətən stabilləşmişdir.
BBN.az