Search
photo_90907

Qızıl Top sahibinə təqdim edildi

 2016-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
 “France football” nəşrinin rəsmi “Tvitter” səhifəsinin verdiyi xəbərə görə, “Qızıl top” mükafatına Madrid “Real”ının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu layiq görülüb.
Qeyd edək ki, K.Ronaldu bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real”al Çempionlar Liqasının qalibi olub. Kriştianu Ronaldu dördüncü dəfədir ki,  “Qızıl top” mükafatına layiq görülür (2008, 2013, 2014, 2016). Portuqaliyalı yalnız beş “Qızıl top”u olan (2009, 2010, 2011, 2012 və 2015) “Barselona”nın forvardı Lionel Messidən geri qalır. Bundan əlavə, sözügedən mükafata holland hücumçu Yohan Kroyf (1971, 1973, 1974), Marko van Basten (1988, 1989, 1992), həmçinin fransalı yarımmüdafiəçi Mişel Platini (1983, 1984, 1985) üç dəfə sahib çıxıb.

Bununla belə, 31 yaşlı portuqaliyalı mükafatlandırma mərasimində iştirak etməyib. Çünki o, “Real” klubu ilə dünya klub çempionatının keçirildiyi Yaponiyadadır.

Ronaldo 2016-cı ildə “Real Madrid”lə Çempionlar Liqasının qalibi olub. O, həmçinin Portuqaliya yığmasının heyətində Avropa çempionu adını qazanıb.

Eurasiadiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir