Search
13346651_1006201762790717_6591280748373877510_n

“Proqramçı” – Vakansiya

“Kapital Bank” İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində PL/SQL, C#, Compass+ və FlexCube üzrə proqramçılar axtarır! 

Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində PL/SQL üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər və Öhdəliklər

  • Texniki sahədə tam ali təhsil;
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
  • SQL üzrə biliklər və PL/SQL – də proqramlaşdırma bacarığı;
    • left/right outer join – lərlə işləmə bacarığı;
    • Kompleks tiplər üzrə biliklər;
    • Oracle – standart paketləri ilə işləmə bacarığı;
    • XML ilə işləmə bacarığı;
  • Optimal və yüksək səviyyədə dokumentasiya olunmuş kod yazmaq;
  • Yazılmış kodları təhlil etmək və lazımi dəyişiklikləri həyata keçirmək;
  • Komanda tərkibində işləmə qabiliyyəti;
  • Dil bilikləri:
    • Texniki təlimatları qavraya biləcək səviyyədə İngilis dili biliyi;
    • Yaxşı səviyyədə Rus dili biliyi.

Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində C# üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər və Öhdəliklər

  • Texniki sahədə tam ali təhsil;
  • Sahə üzrə azı 1 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdimi bacarığı;
  • OOP prinsipləri üzrə yaxşı səviyyədə biliklər;
  • C# üzrə ASP.NET texnologiyaları və webservice, ODBC, XML üzrə yaxşı səviyyədə biliklər:
    • Multihread proqramlaşdırma üzrə biliklərin olması arzuolunandır;
    • WEB proqramlşadırma və sessiyaların idarə edilməsi;
  • VBİS ilə iş təcrübəsi:
    • MS SQL Serverin2008-dən aşağı olmayan versiyalarında, Oracle-nin 10g-dən aşağı olmayan versiyalarında;
  • Optimal və yaxşı dokumentasiya olunmuş kodun yazılması;
  • Öncədən yazılmış kodları təhlil etmək və onlarla işləmək bacarığı;
  • Komanda tərkibində və fərdi işləmə bacarığı;
  • Dil bilikləri:
    • Texniki təlimatları qavraya biləcək səviyyədə İngilis dili biliyi;
    • Yaxşı səviyyədə Rus dili biliyi;
  • VCS-lə işləmə bacarığı.

Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində Compass+ üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər və Öhdəliklər

  • Texniki sahədə tam ali təhsil;
  • Plastik kartlar üzrə azı 2 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • 10g-dən aşağı olmayan versiyada Oracle üzrə 2 illik iş təcrübəsi;
  • Oracle 10g-nin xüsusiyyətlərini bilmək və müştəri-server proqramlarının yaradılması bacarığı;
  • PL/SQL üzrə yüksək səviyyədə biliklər:
    • Verilənlər bazasının strukturu üzrə anlayışlar (massivlər, kolleksiyalar, obyektlər);
    • Tranzaksiyaların idarə edilməsi;
    • Oracle standart paketləri üzrə biliklər;
    • Debugger-lə işləmə bacarığı;
    • Dinamik PL/SQL, SQL üzrə biliklər.
  • SQL üzrə əla biliklər:
    • Oracle XML bilikləri və XSD üzrə anlayışlar;
    • XPath üzrə biliklər;
    • Analitik funksiyalar.
  • CMS\TWO mübadilə protokolları haqda biliklər;
  • Prosessingin işləməsi prinsipləri haqda biliklər;
  • Compass API üzrə biliklər.

Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində Flexcube üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər və Öhdəliklər

  • Texniki sahədə tam ali təhsil;
  • Bank işi üzrə biliklər (aktiv/passiv hesablar, balans, kredit və depozit sxeminin işləmə prinsiplərinin bilinməsi);
  • Bank sahəsində azı 2 illik iş təcrübəsi;
  • Oracle üzrə 2 illik iş təcrübəsi  (10g versiyadan köhnə olmamaq şərti ilə);
  • PL/SQL üzrə əla səviyyədə biliklər:
    • Verilənlər bazasının strukturu üzrə anlayışlar (massivlər, kolleksiyalar, obyektlər);
    • Tranzaksiyaların idarə edilməsi;
    • Oracle standart paketləri üzrə biliklər;
    • Debuggerlə işləmə bacarığı;
  • Oracle XML üzrə iş təcrübəsi və XSD üzrə biliklər;
  • Xpath üzrə biliklər;
  • FlexCube gateway metodları və onun sazlanması üzrə biliklər;
  • FlexCube daxili paketləri üzrə biliklər.

Telefon: (012) 598-12-95

E-mail: hkc@kapitalbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir