Search
dd7bf1b08d18a384b3f72209e7f743de

“PAŞA Həyat” iş yerində həyatını itirmiş şəxsin ailəsinə 105 min manatdan çox ödəniş edib

Azərbaycan sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən xəbərə görə, neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin birində çalışan sığortalı işçi iş zamanı bədbəxt hadisə nəticəsində vəfat edib.

Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş şəxsin ailəsinə – faydalanan şəxsin müvafiq bank hesabına 105 101 manat həcmində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək “PAŞA Həyat” tərəfindən “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə 1 890 955 manat həcmində sığorta ödənişi verilib. İcbari növ üzrə həyata keçirilən ödənişlər ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 86,5% çox olub.

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir