Search
pasha_bankk_7

“PAŞA Bank” və British Council tərəfindən yeni Biznes-jurnalistika proqramına start verilmişdir

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın “British Council” ilə birgə həyata keçirdiyi Biznes Jurnalistikası layihəsi çərçivəsində ilk təlimləri başa çatmışdır. Bu il layihə çərçivəsində AzərTAc, APA, ARB, Space TV, SIA, Trend daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı KİV təmsil edən 12 jurnalist layihədə iştirak üçün seçilmişdir.

Layihə çərçivəsində seçilmiş jurnalistlər növbəti aylar ərzində peşəkar və rəqəmsal media bacarıqları üzrə təlimlər keçəcəklər. Jurnalistlər hər biri 5 gün olmaqla ümumilikdə Bakıda üç təlim sessiyalarında və sonda Birləşmiş Krallıqda bir həftəlik təlim səfərində iştirak edəcəklər. Növbəti təlimlər 2017-cil ilin yanvar ayında təşkil ediləcəkdir.

Qeyd edək ki, Biznes Jurnalistikası layihəsi PAŞA Bank və British Council ilə birgə uğurlu əməkdaşlıqda artıq altı ildir ki, həyata keçirilir və bu müddət ərzində Azərbaycanın 60-a yaxın jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak etmişdir. Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı  üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə “World Finance” tərəfindən “Best Private Bank in Azerbaijan” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir