pasha_bank 132_813

“PAŞA Bank” beynəlxalq mikromaliyyə konfransının baş sponsoru oldu

6-7 oktyabr 2016-ci il tarixində Bakıda “Üfüqdə yenı ımkanlar: çətınlıklərı perspektivlərə çevirək” mövzusunda beynəlxalq konfrans keçirilib. Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank tədbirin baş sponsoru qismində çıxış edib.

Tədbir iştirakçıları Azərbaycan mikromaliyyə bazarında sağlam kreditləşmə və məsuliyyətli borclanma, uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı, kiçik fermerlərin ehtiyaclarını qarşılamaq üçün innovativ kənd təsərrüfatı vasitələrinin tətbiqi, maliyyə təşkilatlarında qiymət siyasətinin optimallaşdırılmasıvə s. məsələləri müzakirə ediblər.

Konfransın spikeri qismində çıxış edən PAŞA Bankın Baş kommersiya direktoru Melih Mengü öz nitqində qeyd etdiyi kimi, Bank korporativ müştərilər və özəl bankçılıq seqmentlərində geniş maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan biridir.

“Eyni prinsiplər əsasında PAŞA Bank mikromaliyyə təşkilatları ilə əməkdaşlıq edir və son illər bu əməkdaşlıq daha da möhkəmlənməkdədir. Nəticədə mikromaliyyə sahəsinə ayrılmış maliyyə vəsaitinin  həcmi 70 milyon manat təşkil etmişdir. Gələcəkdə də fəaliyyəti şəffaf olan, kredit portfelinin idarə edilməsinin monitorinqi və risklərin idarə edilməsi praktikasına malik olan mikromaliyyə təşkilatlarının maliyyələşdirilməsini həyata keçirməyə hazırıq”, – deyə M. Mengü yekunlaşdırdı.

Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən (AMFA) həyata keçirilən konfransda bu il Türkiyə, ABŞ, Almaniya, Rusiya, Qazaxıstan, Ukrayna, Bolqarıstan, İtaliya və s. ölkələrdən bir sıra beynəlxalq və yerli yatırım şirkətlərinin və xidmət təminatçılarının, mikromaliyyə və ixtisaslaşmış maliyyə ekspertləri olmaqla 130 yaxın nümayəndə iştirak edib.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 430çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə “WorldFinance” tərəfindən “BestPrivate Bank inAzerbaijan”adınalayiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırmışdırlar.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir