Search
7

Pakistan və Əfqanıstana ixrac missiyalarında iştirak etmək istəyən ixracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Pakistan İslam Respublikasına və Əfqanıstan İslam Respublikasına ixrac missiyalarını təşkil etdiyini elan edir. İxracatçılar ixrac missiyalarında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac missiyalarının tarixləri:

Pakistan İslam Respublikası – 5-8 fevral 2017-ci il

Əfqanıstan İslam Respublikası – 9-11 fevral 2017-ci il

İxrac missiyalarının əhatə etdiyi sektorlar:

  • Meyvə-tərəvəz
  • Təbii mineral sular
  • Meyvə şirələri
  • Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
  • Pambıq
  • Kimya məhsulları
  • Digər sənaye məhsulları

İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: destek@azpromo.az. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 12 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiz.

Seçim meyarları:

– ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,

– məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,

– sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə (ərizə formasını yükləyin);
  • sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 28 dekabr 2016-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir