Search
178213_488403

Novruz bayramı YUNESKO-nun siyahısına daxil edilib

Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bu barədə qərar YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin bu gün Əddis-Əbəbədə keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, müvafiq müraciət bir neçə dövlət – Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib.
YUNESKO-nun arayışında bəzi ölkələrdə Novruz, Naurız, Navruz və Nooruz kimi də adlanan bu bayramın “yeni gün” mənası verdiyi və özündə çoxsaylı mərasimlər, ayinlər və digər tədbirlər ehtiva etdiyi göstərilir.
“Bütün ailə üzvlərinin təmizlik, parlaqlıq, firavanlıq və var-dövlət rəmzi olan əşyalarla bəzədilmiş masa ətrafında toplaşması və dostlarla, yaxınlarla birgə hazırlanmış yeməklərdən zövq alması vacib ənənədir. Bu təcrübələr mədəni müxtəlifliyi və tolerantlığı dəstəkləyir, ictimai həmrəylik və sülhün formalaşmasına töhfə verir”, – YUNESKO qeyd edir.
Xatırladaq ki, Novruz bayramı, həmçinin 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. O vaxt müvafiq müraciəti daha az ölkə – Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistan etmişdi.
Report



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir