Azpromo_logo_New_241112

Növbəti ixrac missiyası Dubaya gedir

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 27-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq. AZPROMO-nun və Azərbaycan şirkətlərinin nümayəndələrinin daxil olduğu ixrac missiyası səfər zamanı “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaq. Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir