Search
Manufacturing Today 1

Norveç jurnalında STP haqqında məqalə nəşr olunub

Norveçdə nəşr olunan və Avropanın ən çox oxunan sənaye jurnalı “Manufacturing Today Europe”un bu ay üçün nəzərdə tutulmuş buraxılışında Sumqayıt Texnologiyalar Parkı (STP) haqqında məqalə dərc olunub. Baş redaktor Emma Krane tərəfindən qələmə alınan “Building the future” (“Gələcəyin inşaatı”) başlıqlı yazıda STP barəsində oxuculara dolğun məlumat verilib.Manufacturing Today 2

Müəllif məqalənin giriş hissəsində qeyd edib ki, “STP Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ilə istismara verilib. Qısa bir zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda özünəməxsüs yer tutan bu müəssisə regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir”.

Yazıda STP-nin zavodları haqqında, müəssisənin həyata keçirdiyi layihələr barəsində dolğun məlumat verilib, onların istehsal gücü, məhsulları və bir çox tanınmış şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrin olduğu qeyd olunub. İstehsal olunan məhsulların beynəlxalq standartlara tam cavab verdiyini, zavodların Avropa istehsalı olan labaratoriyalarla təmin olunduğu nəzərə çatdırılıb. Həmçinin müəllif yazısında STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunduğunu qələmə alıb.

Yazıda oxucuların diqqətinə çatdırılır ki, “texnoparkda fəaliyyət göstərən bütün zavodlar Avropa və Yaponiya istehsalı olan ən yeni avadanlıqlarla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammal və materiallar yüksək keyfiyyətlidir”.Manufacturing Today 3

Müəllif məqaləsinin sonunda isə qeyd edib ki, “heç şübhəsiz, Sumqayıt Texnologiyalar Parkı bu gedişlə regionda böyük layihələrdə daima mərkəzi rol oynayacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir