Search
Nikoil-bank-280x280

“Nikoil Bank”ın yeni tərkibi müəyyənləşib

“Nikoil Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nəfərdən 5 nəfərədək azaldılması qərara alınıb.

Bankın yaydığı məlumata əsasən, şuranın tərkibinin aşağıdakı heyətdə təsdiq olunub:

Müşahidə Şurasının sədri – İsgəndər Ağasəlim oğlu Xəlilov;

Müşahidə Şurasının üzvləri:

– Marina Valeryevna Kulişova;

– Aleksey Valeryeviç Sazanov;

– Pavel Aleksandroviç Suxoruçkin;

– Roman Vitalyeviç Novikov.

Xatırladaq ki, yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərara alınıb. “Nikoil Bank” səhmdarlarının bu qərarından sonra Bankın nizamnamə kapitalı 94,5 mln. manat təşkil edəcək.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir