444841_487549

Neft bahalaşır

Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar artaraq 45,15 dollar olub.
Neftin bahalaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması ilə bağlı danışıqların son mərhələsinə başladıqları barədə məlumatlar səbəb olub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir