1440566802_1436203020_etatist

Neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar artaraq 48,77 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar artaraq 49,44 dollar olub. Bununla da Brent neftinin qiyməti ayın əvvəlindən bəri ilk dəfə olaraq 49 dolları ötüb.
Neftin 4%-lik bahalaşmasına İran və İraqın OPEC-in hasilatı dondurmaqla bağlı təklifi ilə razılaşmağa hazır olduqlarını bəyan etməsi səbəb olub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir