oil-prices-falling

Neft 10 dollara qədər ucuzlaşa bilər

Beynəlxalq bazarlarda diqqətlər, bu gün Vyanada keçiriləcək OPEC toplantısına çevrilib. Səudiyyə Ərəbistanının OPEC-in neft hasilatını aşağı salınmasının lazım olmaya biləcəyini qeyd etməsi, qiymətlərə sabitlik qazandırmağa yönəlmiş bir razılşama gözləyən investorları narahat edib.
Neft isə bu gün bahalaşır. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 1,1% qalxaraq 46,93 dollara çıxıb.
“Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bu gün Vyanadakı iclasında kartelə üzv ölkələr hasilatın azaldılması barədə razılıq əldə etməsələr neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər”.
Dünyanın ən böyük neft treyder şirkəti olan “Gunvor Group”un idarə heyətinin sədri Torbjörn Törnqvist bu qənaətdədir. “OPEC-ə üzv ölkələr razılığa gələ bilməsələr neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər. Əgər hər hansı razılıq əldə olunsa isə “qara qızıl”ın qiymətinin 50 dolları keçəcəyi ehtimal olunur. Hesab edirəm ki, OPEC razılığa gələcək”, – deyə T.Törnqvist əlavə edib.
Maliyyə xidmətləri şirkəti Goldman Sachs Group-a görə, neft bazarı, sabah Vyanada keçiriləcək OPEC üzvlərinin toplantısında hasilatın azaldılması razılaşmasına 30 faiz ehtimal verir.
Goldman-a görə, OPEK-in razılşa bilməməsi vəziyyətində isə qiymətlər gələn ilin birinci yarısında ortalama 45 dollar səviyyəsində qala bilər. /Marja
Ümumilikdə isə güman edilir ki, OPEK 8 ildən bu yana ilk dəfə neft hasilatını azaltmaq üzrə razılığa gələ bilər. Ən azından buna ümid var. OPEC, oktyabr ayında gündəlik 34 milyon barrel ilə rekord səviyyələrə çatan neft hasilatını 32.5 ilə 33 milyon barrel aralığına salmağı müzakirə edir. Bazar ertəsi günü OPEC rəsmiləri plan üzərindəki fikir ayrılıqlarını həll edə bilmədilər. Səudiyyə Ərəbistanı hasilatın azaldılmasının lazım olmaya biləcəyini açıqlayıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir