Search
trening_311013

Naftalanda sahibkarlar üçün seminar keçirilib

Sentyabrın 21-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Naftalanda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün seminar keçirilib.

“Kurortların inkişaf perspektivləri”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularını əhatə edən seminarda “Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”, kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, kurort infrastrukturunun inkişaf etdirilməsi, biznesin təşkili və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıları həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barəsində də ətraflı məlumatlandırılıblar.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir