AAEAAQAAAAAAAAj8AAAAJDI4YjM2MTQ3LWI3ZTktNDYzOS1hYWEzLWFlYWFmOTUxMGIwMQ

“Mühasiblər İşçi Qrupu”nun ilk görüşü keçirildi

22 noyabr 2016-cı il tarixində ARPA Mühasiblər İşçi Qrupu (AWG: Accounting Working Group) ilk görüşünü keçirdi. ARPA-nın əsas məqsədi Azərbaycanda mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsidir.

Mühasiblər İşçi Qrupu müxtəlif sahələr üzrə fəaliyyət göstərən peşəkar mühasibləri ətrafında toplayaraq müvafiq təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar məsələlərin həlli və müzakirəsi üçün peşəkar platforma qismində çıxış edəcək.

Qrupun ilk görüşündə ARPA-nın sədri Rüfət Mahmud qonşu və dünya ölkələrin bu sahədə əldə etdiyi uğurlu təcrübəsini misal gətirərək layihə çərçivəsində Milli Peşəkar Mühasiblər Təşkilatı (PMT) kimi ölkədə mühasib peşəsinin inkişafı üçün proqressiv bir sistem yaratmaq üzrə işlərin aparıldığına diqqət çəkdi.

Daha sonra ARPA-nın İcraçı Direktoru Fərrux Əliyevin moderatorluğu ilə qrupun ilk iclası gündəliyə daxil olan məsələlərin müzakirələri ilə baş tutdu. Müzakirələr zamanı ARPA-nın üzvlük siyasəti, üstünlükləri, kateqoriya üzrə tələb və hədəf auditoriyaları kimi əsas məqamlar önə çəkildi. Həmçinin Mühasiblərin Peşəkarlıq Sertifikasiayası (MPS) və mövcud səviyyələri, sertifikasiya üzrə imtahan verənlərə qarşı olan tələb və istisnalar, xüsusilə də MPS Maliyyə Hesabatlarının Beynəlxalq  Standartlarına (MHBS) və Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosiyasiyasının (ACCA: Association of Chartered Certified Accountants) təcrübəsinə əsaslanması faktorunun mühasiblərin peşəkarlığının artırılması və karyera yüksəlişində rolu müzakirə edildi.

Qrupun üzvləri sırasında ölkədə fəaliyyət göstərən EY, PWC, “Deloitte” və KPMG kimi beynəlxalq maliyyə, audit və məsləhətçi şirkətlərinin, həmçinin Təhsil Nazirliyi, SOCAR və “Azərfon” kimi dövlət və yerli özəl sektorlarının nümayəndələri yer alıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir