Search
Muganbank

Muğanbank və “MONEX”-dən ortaq məhsul

MONEX”-dən yeni xidmət

“MONEX” sistemi müştərilərinə yeni xidmət təklif edir. Belə ki, müştərilər kütləvi ödənişlərini (Kommunal, mobil, kabel TV və s.) “MONEX” sistemi vasitəsilə də həyata keçirə bilərlər. Hal-hazırda bu xidmət növündən “Muğanbank” ASC və “Yapı Kredi Bank Azərbaycan”  QSC-nin filial və şöbələrində istifadə etmək mümkündür. Yaxın gələcəkdə “MONEX” sisteminin əməkdaşlıq etdiyi digər banklarda da kütləvi ödənişlər xidmətinin aktivləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, “Muğanbank” ASC tərəfindən 2011-ci ildə yaradılmış “MONEX” sistemi vasitəsilə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Çexiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, MDB ölkələri də daxil olmaqla 20-dən artıq ölkəyə o cümlədən 30.0000-dən artıq məntəqəyə pul köçürmələri həyata köçürmək mümkündür. Məntəqələr və tariflərlə bağlı ətraflı məlumat www.monexmt.az saytında yerləşdirilmişdir.

Ötən il ərzində “MONEX” sistemi yeniliklərinə əlavə olaraq Azərbaycanda ilk dəfə “Online pul köçürmə” xidmətini də müştərilərinə təqdim etmişdir. Belə ki, bu xidmət vasitəsilə müştərilər banka yaxınlaşmadan www.monexmt.az saytına daxil olaraq “Pul göndər” bölməsindən qeydiyyatdan keçərək və ya qeydiyyatdan keçmədən öz VISA və ya Master Card plastik kartları vasitəsilə Azərbaycanın istənilən bölgəsinə pul vəsaiti göndərə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir