Invest_3_web

“Muğanbank” nizamnamə kapitalını artırıb

“Muğanbank” ASC-nin 04 noyabr 2016-cı il tarixində(AZ1001005466 qeydiyyat nömrəli) emissiyasına icazə verilmiş, ümumi məbləği 8 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 40 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi  24 noyabr 2016-cı il tarixində  başa çatmışdır.

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 65 mln AZN-ə çatmışdır.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir