Search
Mugan_bank_301112

Muğanbank ipoteka portfelini 2 dəfə artırdı

03.10.2016-cı il tarixində “Azərbaycan İpoteka Fondu” ASC ilə “Muğanbank” ASC arasında imzalanmış (20.12.2006-cı il tarixli) xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfelinin bir qismi “Muğanbank” ASC–yə ötürülmüşdür. Beləliklə, “Muğanbank” ASC 2000 nəfərə yaxın ipoteka götürmüş müştəriyə xidmət göstərir və müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə 1-ci yerə yüksəlir. 

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir