Search
Donald Trump (L) and Robert Kiyosaki

Müasir biznes fərqli düşüncə tələb edir və ya Beyin fırtınası

Yeni iqtisadi şərait bizdən fərqli düşünməyi tələb edir.

Əgər cəmiyyətə fikir versək, sovet ittifaqının düşüncələrdə miras qoyduğu planlı iqtisadiyyat elementləri hələ də qalmaqdadır. Hamı gözləyir ki, kimsə iş quracaq, iş yerləri açacaq və biz də gedib orada işləyəcəyik. Hamıda asanaqaçma meylliyi var. İnsanlarımız risk etmək haqqında düşünmək istəmir. Ümumiyyətlə cəmiyyətimizdə riskə baxış prizmasında bir uçurum mövcuddur. İnsanlar risk amilini təhlükə, uçurum, fəlakət kimi qiymətləndirirlər.

Əslində biz risk etməyib stabil həyat tərzimizlə çox ciddi fəlakətə yuvarlanırıq.

Bazar iqtisadiyyatında həyat mübarizə meydanı olmalıdır. Rəqabət mühiti iqtisadi subyektlərdən daima yenilik tələb edir. Rəqiblər inkişaf etdikcə cəmiyyətin ehtiyac və təlabatlarını yeniləyir. Əgər hansısa iqtisadi subyekt bu yeniliklərlə ayaqlaşa bilmirsə o məhvə məhkumdur. Buna görə nə dövləti nə də cəmiyyəti qınamaq lazım deyil və bu bazaq iqtisadiyyatının tərzidir. Biz bazar tələblərinə uyğunlaşmaq üçün daima yeniliklər etməliyik, müştərilərimizi yeni sürprizlərlə özümüzə bağlamalıyıq. Məhs bu yolda biz risk etməliyik, düşüncəli (planlı və hesablanmış) risk.

İnsanlara təklif edirəm ki, ilk öncə müasir biznes dəyərlərini özündə etiva edən təlim proqramlarında iştirak etsinlər.

Amma biznes təlimini biznes təcrübəsi olanlardan almaq lazımdır.

Əgər təlim mərkəzlərinə fikir versək görürük ki, biznes təlimçilərin əksəriyyətinin şəxsi biznesi olmayanlardır. Onların əksəriyyəti muzdlu işçi kimi çalışırlar. Biznes təlimlərini biznesində praktiki uğur qazanmış insanlardan – Biznesmenlərdən almaq lazımdır. Çünki, Biznesmen fərqli düşünür. Məsələ onda deyil ki, bir biznesmeni ideal qəbul edib həyatda onu yamsılayaq. Xeyr, məsələ ondadır ki, biz müxtəlif, uğurlu və uğursuz biznes təcrübələrini təlim kimi mənimsəməliyik. Yekunda öz biznes ideyamızı formalaşdırmalıyıq. Mənimdə böyük şəxsi biznes təcrübəm yoxdur. Elə buna görə də uzun-uzadı məsləhət vermək istəmirəm.

Sizə biznesdə düşünərək uğur qazanmış və çoxlarımızdan fərqli düşünən Robert Kiyosaki-ni təqdim edirəm. Siz onun biznes haqqında olan fikirlərinə qulaq asdıqca həqiqətən də fərqli düşünməyin mahiyyətini anlayacaqsınız. Robert Kiyosaki-nin varlı ata, kasıb ata əsərinin audio mətni Sizə təqdim edilir.

“Varlı Ata, kasıb Ata” – dinlə

Bu əsəri dinlədikdən sonra Siz xəyallarınızda canlandırdığınız biznesə daha yaxın olacaqsınız. Əziz oxucular arzu edirəm ki, öz biznesinin uğur hekayəsinin növbəti təqdimatçısı Siz olasınız. Uğurlar hər kəsə.

İqtisadçı ekspert: Zahid Şaliyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir