Search
350989

“MONEX”dən 24 saat online xidmət

“MONEX” Sistemi müştərilərinə yeni xidmət təklif edir. Bu xidmət vasitəsilə müştərilər banka yaxınlaşmadan günün 24 saatı ərzində (online) “eManat” ödəmə terminallarından Azərbaycanın istənilən bölgəsinə pul vəsaiti göndərə bilər. Bunun üçün “eManat” terminalının ekranında “Bank xidmətləri”- “Muğanbank”bölməsinə daxil olub “MONEX”- Pul Köçürmələri seçərək vəsaitlərinizi göndərmək imkanı əldə etmiş olursunuz. Sadəcə tələb olunan formanı doldurub (vəsaiti alacaq şəxs haqqında məlumat və köçürülən məbləğ) əməliyyatı həyata keçirirsiniz. Bu zaman Sizə məbləği alan şəxsə təqdim olunması üçün “Köçürmənin nəzarət nömrəsi” verilir. Alıcı “MONEX” Sistemininölkədaxilində əməkdaşlıq edilən 30-a yaxın bankın məntəqələrindən şəxsiyyət vəsiqəsi və “Köçürmənin nəzarət nömrəsi”-ni təqdim edərək vəsaiti alabilər. Köçürmənin maksimal məbləği 1.000 AZN, xidmət haqqı 1%(min 2 AZN) təşkil edir.

Xatırladaq ki, “Muğanbank” ASC tərəfindən 2011-ci ildə yaradılmış “MONEX” sistemi vasitəsilə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Çexiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, MDB ölkələri də daxil olmaqla 20-dən artıq ölkəyə o cümlədən 30.0000-dən artıq məntəqəyə pul köçürmələri həyata keçirmək mümkündür. Məntəqələr və tariflərlə bağlı ətraflı məlumatla www.monexmt.az saytında tanış ola bilərsiz. Bundan əlavə ənənəvi təcili pul köçürmə xidmətləri ilə yanaşı “MONEX” sistemi “Kütləvi Ödənişlər”-in yığımını, hesaba pul köçürmələri xidmətini və Azərbaycanda ilk dəfə olaraq “Online pul köçürmə” xidmətini də müştərilərinə təqdim etmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir