Search
b102

Mərkəzi Bank manatın intervensiyasına başlaya bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) müntəzəm, həftənin tək günləri keçirdiyi valyuta hərraclarının sayı azaldıla bilər. Gələcəkdə isə onların sayı tənzimləyici tərəfindən bazarın cari konyunkturasından asılı olaraq nizamlanmalıdır. Bu zərurət hazırkı dövrdə xarici valyutaya tələbatın azalması, həmçinin dövlət büdcəsinin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transferlərinə ehtiyacının olmaması ilə bağlıdır.

Xatırladaq ki, dünən, martın 28-də AMB-nin keçirdiyi valyuta hərracında ARDNF 100 mln. dollar satışa çıxarsa da, bu vəsaitin yalnız 0,5%-nə və ya 0,5 mln. dollarına tələbat olub. Cari vəziyyət valyuta bazarının sabitləşdiyini və xarici valyutaya tələbin qarşılandığını göstərir. Yəni, idxal əməliyyatları üçün lazım olan xarici valyuta tam təmin edilir. Neft qiymətlərinin artması, qlobal iqtisadi vəziyyətin bir qədər sabitləşməsi Azərbaycanda da xarici valyutaya tələbi azaldıb, hətta son günlərdə təklifi artırıb.

Yaxın günlərdə manatın həddindən artıq möhkəmlənməsi müşahidə edilərsə, AMB valyuta alışı əməliyyatları (manat intervensiyası) həyata keçirə və bununla da manatın məzənnəsinin sabitliyini qoruya bilər. Lakin bu intervensiyanın dolların məzənnəsinin 1,50 AZN/USD səviyyəsindən aşağı enməsi halında baş verməsi ehtimal edilir. Hər bir halda manatın məzənnəsi neft qiymətləri və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının məzənnəsindəki dəyişikliklərə bağlı olacaq.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir