10125812-1-30538c2eecd8d43d3c29c914896f5aaf

MasterCard Və Visa Arasında Əsas Fərq Nədir?

Sadə kart istifadəçiləri fərqi yalnız bu hallarda hiss edir.

Əgər sizin bank kartınızı manat olaraq açmısınız və sadəcə Azərbaycan ərazisində istifadə edirsinizsə VİSA və MasterCard arasında heç bir fərq yoxdur. Bu iki kart tipi arasında fərq xaricdə və ya online alış-veriş əsnasında yaşanır.

VİSA kartları əsas valyuta olaraq ABŞ dollarından istifadə edir. MasterCard isə Euro ilə işləyir.

Əgər siz xarici bir ölkədə bankomatdan yerli valyuta ilə pul çıxartmaq istəsəniz həmin kartlar manatdan “əsas” valyutaya, sonra isə yerli valyutaya çevirir. Beləliklə bank iki dəfə kovertasiya edərək xeyli faiz almış olur.

Məsələn Avrozonada bu kartlardan istifadə etsəniz proses belə işləyir:

VİSA: AZN → USD → EUR

MasterCard: AZN → EUR

Əgər ABŞ’da kartınızdan pul çıxartmaq istəsəniz isə:

VİSA: AZN → USD

MasterCard: AZN → EUR → USD

Bu iki valyutanın işləmədiyi ölkələrdə isə prosedur biraz da dəyişir. Məsələn EUR istifadə edilməyən (Çexiya, İsveç, Polşa və.s) Avropa ölkələrdə prosedur belə işləyir:

MasterCard: AZN → EUR→ Kc

VİSA(Belə ola bilər): AZN→USD → Kc

VİSA(Ancaq belə də ola bilər): AZN→ USD→ EUR→ Kc (Çünki bəzi Avropa ölkələrində bütün konvertasiyalar avro üzərindən aparılır)

Nəticədə MasterCard Avropada, VİSA isə Latın Amerika, Tayland, Avstraliya və Kanadada işlətmək daha sərfəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir