1

Masallıda ilk regional İKT tədbiri keçirilib

Cari ilin 5, 6 noyabr tarixlərində “ASAN xidmət”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Azər-Türk Bank” ASC-nin dəstəyi ilə Masallı rayonunda yerləşən “ASAN həyat” kompleksində rayonun qız məktəbliləri üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) mövzusunda silsilə tədbirlər keçirilmişdir.

Proqram çərçivəsində keçirilmiş konfransda ölkənin cənub zonasında yaşayan xanımlar arasında İKT sahəsinə marağın artırılması məqsədilə ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və təmsilçiləri təqdimatlar edərək, məktəbliləri bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələrini bölüşmüşlər. Tədbirdə çıxış edən “FEMMES DIGITALES” klubunun  üzvləri “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies” və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyət həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər.

Daha sonra kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsi olan “STEP IT Academy Azerbaijan”ın təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vəsaitlərdən istifadə edərək müxtəlif robot və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olmuş, bu sahədə başlanğıc biliklərə yiyələnmək imkanı əldə etmişlər.

Proqramın sonunda Masallı rayonunda orta ümumtəhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-Rinq” intellektual oyunu təşkil edilib. 4 orta məktəbi təmsil edən  48 şagirddən ibarət komandalar arasında keçirilmiş oyunun nəticələrinə əsasən qalib gəlmiş komandaya sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində xanımların iştirak səviyyəsinin yüksəldilməsi, regionda təhsil alan qızların gələcək karyera seçimində bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir.

Первое ИКТ мероприятие в Масаллы для школьниц

5, 6 ноября текущего года при организации и поддержке «ASAN Xidmət», Министерства Образования Азербайджанской Республики, ОАО «Azer-Turk Bank» в Масаллинском комплексе «ASAN həyat» прошел ряд мероприятий для школьниц данного района.

В ходе конференции, состоявшейся в рамках программы, руководители и сотрудники передовых компаний и учреждений провели презентации и поделились своими историями успеха с целью стимулирования интереса девушек и женщин, проживающих в южном регионе страны, к сфере ИКТ. Конференция была торжественно открыта представителями «ASAN Xidmət», Министерства Образования Азербайджанской Республики, ОАО «Azer Turk Bank» и организации Клуба FEMMES DIGITALES.

Выступившие на мероприятии представители компаний «B.EST Solutions», «MONT», «Microsoft», «Cybernet»,«Azer Turk Bank», “Azertelecom”, «Ultra Technologies» и других организаций рассказали о роли ИКТ в многочисленных сферах жизни общества, а также возможностях обучения и карьеры в данной сфере. Участницы были проинформированы о различных инновационных ИКТ проектах, реализуемых в стране.

Далее мероприятие продолжилось практической частью в представлении STEP IT Academy Azerbaijan, являющейся международным учебным заведением, специализирующимся на компьютерном образовании. В ходе практических занятий участницы наглядно ознакомились с процессом сборки роботов и других автоматизированных тестовых механизмов, и приобрели начальные навыки в этой сфере.

В конце программы была организована интеллектуальная игра-конкурс «Брейн-ринг» среди учениц средних школ Масаллинского района. По итогам игры проведенной среди команд из 48 учениц, представляющих 4 школы, победителям были вручены сертификаты и ценные призы.

Следует отметить, что основной целью проведения мероприятий является увеличение доли участия женщин в сфере ИКТ, популяризация ИКТ в качестве сферы для построения будущей карьеры среди девушек проживающих и учащихся в данном регионе, и подготовка потенциальных кадров.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir