Search
dollar-2-4

Məzənnəyə müdaxilə olacağı gözlənilir

Şənbə günü “Qara bazar”da dollar ucuzlaşmışdı.

Bazar ertəsi kommersiya bankları Dolların alış qiymətlərini aşağı salıblar, satış demək olar ki, olduğu kimi qalıb.

Məsələn, ötən cümə günü 1 dolları 1.7730 manatdan alan, 1.7774 manatdan satan Amrahbank, bu gün dolları 1.7600 manatdan alır, 1.7774 manata satır.

Ötən cümə günü 1 dolları 1.7720 manatdan alan, 1.7770 manatdan satan Atabank, bu gün dolları 1.7500 manatdan alır, 1.7770 manata satır.

Ötən cümə günü 1 dolları 1.7700 manatdan alan, 1.7770 manatdan satan Bank of Baku, bu gün dolları 1.7600 manatdan alır, 1.7770 manata satır.

Ötən cümə günü 1 dolları 1.7600 manatdan alan, 1.7770 manatdan satan Bank BTB, bu gün dolları 1.7300 manatdan alır, 1.7770 manata satır.

Ötən cümə günü 1 dolları 1.7600 manatdan alan, 1.7770 manatdan satan Rabitəbank, bu gün dolları 1.7500 manatdan alır, 1.7770 manata satır.

Ötən cümə günü 1 dolları 1.7730 manatdan alan, 1.7770 manatdan satan ExpressBank, bu gün dolları 1.7550 manatdan alır, 1.7770 manata satır.

Ötən cümə günü 1 dolları 1.7550 manatdan alan, 1.7695 manatdan satan Azərtürkbank, bu gün dolları 1.7500 manatdan alır, 1.7695 manata satır.

Digər banklar Dolların alış və satış qiymətlərini ötən cümə günkü səviyyədə saxlayıblar.

DOLLARA MÜDAXİLƏ EDİLƏ BİLƏR

Dolların həm qara bazarda, həm də banklarda ucuzlaşması Mərkəzi Bankın müdaxilə edəcəyi barədə şayələrin yaranmasına səbəb olub. Valyuta müdaxiləsinin həcmi barədə məlumat yoxdur. Mərkəzi Bankın növbəti valyuta hərracının sabah baş tutacağı gözlənilir. Çərşənbə axşamı günü Mərkəzi Bank və Neft Fondu dollar satışını artıra bilər.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir