Search
b103

Mərkəzi Bank: Metal pul nişanlarının tədavüldən çıxarılması planlaşdırılmır

Mərkəzi Bankda  “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı bir sıra kütləvi informasiya vasitələri tərəfindən yanlış şərh edilmişdir.

Belə ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.

Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur.  Anoloji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir