Search
e724438f7a337ba36a39ca2362ee5077_XL

Mərkəzi Bank çox az manat kütləsi cəlb edə bildi – Depozit hərracı

Mərkəzi Bank, vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracının nəticələrini açıqlayıb.

5 sentyabr 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil etmişdir.

05 sentyabr 2016-cı il tarixində keçiriləcək hərracda 50 milyon manat cəlb edilməsi nəzərdə tutulurdu. Müddət 28 gün, faiz dərəcəsi 4,01%-9,49% müəyyən olunmuşdu.

AVQUSTDA 135 MİLYON MANAT CƏLB ETMİŞDİ

Azərbaycan Mərkəzi Bankı, kommersiya banklarındakı izafi manat kütləsini dövriyyədən çıxartmaq üçün depozit hərracları keçirir. Hesab olunur ki, izafi manat kütləsi dolların alınmasına sərf olunur və bu vəziyət də məzənnənin yüksəlməsinə təsir göstərir.

Mərkəzi Bank Avqust ayında 5 depozit hərracı təşkil edib və ay ərzində depozit hərracları vasitəsilə 135 milyon manat cəlb edib. Mərkəzi Bankın hədəfi 250 milyon manat cəlb etmək idi. Qısası, Mərkəzi Bank nəzərdə tutduğu məbləğin 54%-ni cəlb edə bilib.

Hərracların müddəti 28 gündür.

1 avqust 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 20 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % təşkil etmişdir. Mərkəzi Bank bu hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi nəzərdə tuturdu.

8 avqust 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 40 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,22 % təşkil etmişdir. Mərkəzi Bank bu hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi nəzərdə tuturdu.

15 avqust 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil etmişdir. Mərkəzi Bank bu hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi nəzərdə tuturdu.

22 avqust 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil etmişdir. Mərkəzi Bank bu hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi nəzərdə tuturdu.

29 avqust 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil etmişdir. Mərkəzi Bank bu hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi nəzərdə tuturdu.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir