Search
14668661841

Mədəniyyət və turizm naziri Fransa nümayəndə heyəti ilə görüşdü

İyunun 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın ölkəmizdə səfərdə olan turizm sahəsi üzrə fəaliyyət göstərənm turizm şirkətləri və mediya nümayəndələri ilə görüşdü.

14668666056Nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev ölkəmizin Fransa ilə bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Eyni zamanda iki ölkə arasında turizm əlaqələrinin də genişləndirilməsində maraqlı olduqlarını vurğuladı: “İki ölkə arasında əməkdaşlıq münasibətləri yaxşı səviyyədədir. Son illər ölkəmizin Avropada və dünyanın müxtəlif ölkələrində daha geniş tanıdılması üçün böyük işlər görülüb. Bu sahədə Fransada da Azərbaycanın tanıdılması üçün çoxsaylı mədəni tədbirlər, konsertlər keçirilib. Həmçinin ölkəmizin turizm potensilanın təbliği məqsədi ilə dünyanın bir neçə televeziya kanallarında tanıtım çarxları nümayiş etdiririk. Dünyanın əksər beynəlxalq turizm sərgilərində ölkəmiz layiqincə təmsil olunur. Eyni zamanda mütəmadi olaraq müxtəlif ölkələrin, həmçinin Fransanın da  turizm şirkətlərinin Azərbaycana səfərləri təşkil olunub. Fransa ilə turizm sahəsində münasibətlərin inkişafı üçün böyük addımlar atılıb. Amma buna baxmayaraq Fransadan Azərbaycana olunan turist səfərlərinin sayı bizi qane etmir. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı olacaq”.146686663911

Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edərək son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirdi: “Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Viza sistemi sadələşdirilir. İndi bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkə vətəndaşlarının isə elektron turist vizalarını qısa müddətdə əldə edərək ölkəmizə səfər etmələrinə imkanı yaradılıb. Yaxın vaxtlarda isə “ASAN viza” sisteminin işə düşməsi ilə bu sahədə görülən işlər daha da təkmilləşəcək. Belə ki, xarici ölkə vətəndaşları ən geci 3 iş günü müddətində viza əldə edə biləcəklər”.

Nazir iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışdı, bu əlaqələrin inkişafına bundan sonra da dəstək veriləcəyini diqqətə çatdırdı.

Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle bu ölkənin turizm nümayəndələrinin Bakıya səfərinin məqsədləri barədə geniş məlumat verdi. Bildirdi ki, səfərin əsas məqsədi Fransadan Azərbaycana turist səfərlərinin təşkil olunmasıdır: “Bizim əsas məqsədimiz Azərbaycan kimi zəngin mədəniyyətə, tarixə, təbiətə, gözəl memarlıq abidələrinə və qonaqpərvər insanlara sahib bir ölkəni öz vətəndaşlarımıza tanıtmaqdır. Gəlişimizin də əsas məqsədi kimi Azərbaycana turistlərin cəlb edilməsində maraqlı olduğumuzu vurğulamaq istiyirəm.

Azərbaycana Fransadan gələnlərin sayı o qədər də çox deyil. Amma biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik.

İnanırıq ki, qarşılıqlı fəaliyyətimiz Fransa-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.

Riçard Soubelle və digər qonaqlar fransalı turistlərin Azərbaycandan hər zaman xoş təəssüratlarla geri döndüyünü diqqətə çatdırdılar. Eyni zamanda vurğulandı ki, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi nəticəsində yaxın zamanlarda Fransalı turistlərin Azərbaycana axınını müşahidə edə biləcəyik. İki ölkənin turizm şirkətləri arasında müzakirələrin aparılmasının da vacibliyi qeyd olundu.

14668665995Daha sonar Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı (SNAV) arasında anlaşma memorandomu imzalandı. Anlaşma memorandomunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov və Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle imzaladılar. Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi ilə davam etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir