Search
photo_74056

Lüksemburqda dünyada ilk “yaşıl” birja işə başlayıb

Lüksemburq Fond Birjası dünyada ilk “yaşıl” mübadilə məkanını təqdim edib ki, burada yalnız “yaşıl” qiymətli kağızların ticarəti ilə məşğul olunacaq.
Lüksemburqun “yaşıl” birjası bazardakı qeyri-müəyyənliyi azaltmaq üçün “yaşıl” istiqraz vərəqələri və digər ekoloji yönümlü maliyyə alətləri üçün “gözətçi” rolunda çıxış etmək niyyətindədir.
Qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) ilk dəfə 2007-ci ildə “yaşıl” kağızlar buraxıb və onları birjada yerləşdirib. AİB dəyəri təxminən 45 milyard dollara yaxın dünyada ən çox sayda beynəlxalq “yaşıl” istiqrazlara malikdir.
Proqnozlara görə, “yaşıl” istiqrazlar bazarının həcmi ötən illə müqayisədə bu il 72 milyard dollara çatacaq.
eurasiadiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir