Search
db

Biznes kreditlərinin növləri

DəmirBank kiçik, orta və iri sahibkarlığın inkişafı üçün sərfəli şərtlərlə sahibkarlara və şirkətlərə biznes kreditləri təklif edir.

Krediti əldə edə bilər:

  • Azərbaycan respublikasının vətəndaşı və daimi qeydiyyatı olan
  • Yaş həddi: kişilər – 18 – 62, qadınlar – 18 – 57
  • Minimum 3 ay stabil biznes fəaliyyəti olan
  • İstehsalat, ticarət və təsərrüfatla məşğul olan fiziki və hüquqi şəxslər

Biznes kreditlərinin növləri

DəmirBank məbləğdən asılı olaraq 2 növ biznes kreditləri təklif edir:
  • Mikro və kiçik kreditlər
  • İri və orta kreditlə

Kreditin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Mikro və kiçik kreditlər

Müddət 36 ayadək
Məbləğ
500 – 100 000 AZN və valyuta ekvivalenti
Faiz dərəcəsi
Illik 23%-dən (aylıq 1,9%-dən) başlayaraq
Faktiki İllik Faiz Dərəcəsi min. 24,89% – maks. 44,28% 
Ödəniş
aylıq annuitet cədvəli üzrə

 

Orta və iri məbləğli kreditlər

Müddət 48 ayadək
Məbləğ
100 001 AZN məbləğindən başlayaraq
Faiz dərəcəsi
bank tərəfindən fərdi qaydada müəyyən edilir
Ödəniş
aylıq annuitet cədvəli üzrə

 

Faktiki İllik Faiz Dərəcəsinin hesablanması

Nümunə

Məbləğ 12 000 AZN, müddət 12 ay, faiz dərəcəsi 28% illik:

Ödəniş (aylar) Ödəniş məbləği Əsas məbləğ Faiz məbləği
1 1158 878 280
2 1158 898 260
3 1158 920 238
4 1158 941 217
5 1158 963 195
6 1158 985 173
7 1158 1008 150
8 1158 1032 126
9 1158 1056 102
10 1158 1081 77
11 1158 1106 52
12 1158 1132 26
Yekun 13 896 12 000 1896

Beləliklə, bu nümunə üzrə kredit alan 12 ay ərzində 13 896 AZN ödəyəcək ki, bu məbləğdən 12 000 AZN kredit məbləği və 1896 AZN faiz məbləğidir. Biznes kreditinin alınması üçün müştəri aşağıdakıları edir

  • Müştəri Bankın istənilən filialına yaxınlaşmalı
  • Biznes kreditinin alınması barədə müvafiq bilgilər ilə tanış olmalı
  • Kredit almaq üçün ərizə formasını doldurmalı
  • Zəruri sənədləri DəmirBank-ın müvafiq filialına təqdim etməli
Ətraflı məlumat üçün DəmirBank-ın Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng edə bilərsiniz.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir