Search
faiz

Kreditin aylıq ödənişini necə azaldaq?

Çox vaxt müəyyən maliyyə xərcləri ilə bağlı olan vacib işləri sonraya təxirə salmaq olmur. Bu zaman isə banka kredit üçün müraciət etməli oluruq. Təəssüflər olsun ki, heç də hər zaman optimal şərtli kreditləşmə variantını tapa bilmirik. Bəs kreditə az ödəmək üçün aşağı faiz dərəcəli krediti necə əldə etmək olar?

Hazırda banklar standart kreditləşmə şərtləri təklif etsələr də, borcalanlara fərdi yanaşmanı heç kim qadağan etmir. Hər şeydən əvvəl, bu müxtəlif kateqoriyalı borcalanlara şamil edilir.

Məsələn, əlavə sənədlərlə öz kredit ödəmə imkanlarını təsdiq edən mövcud müştərilər üçün faiz dərəcəsi aşağı ola bilər.

Digər hansı hallarda banklar potensial müştərilərinin xeyrinə hərəkət edir? Kredit üzrə faiz dərəcələri məbləğdən, girovun təqdim olunmasından, kreditləşmə müddətindən, kredit tarixçəsinin keyfiyyətindən və təqdim edilən sənədlərin tamlığından asılı olaraq dəyişə bilər.

Bir faktı anlamaq lazımdır ki, faizlərin yüksəlməsinə səbəb bankların kreditləşmə ilə bağlı yaşayacaqları risklərdir. Buna görə də aşağı faiz dərəcələrinə korlanmamış kredit tarixçəsinə və tam lazımi sənədlər toplusuna malik olan borcalanlar ümid edə bilərlər.

Kredit təşkilatları müştəri loyallığını artırmaq üçün tez-tez faiz dərəcələrini endirirlər.

Qaydalara əsasən, müəyyən kateqoriyalı borcalanlara fərdi şərtlər təyin edilirsə bu proqram hərrac xarakteri daşıyır. Bəzi hallarda isə banklar reklam-marketinq gedişləri çərçivəsində faiz dərəcələrini endirirlər. Bütün bu imkanlardan istifadə edərək aşağı faiz dərəcəli kreditləşmə əldə etmək mümkündür.

banker.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir