Search
photo_78014

Kosmosda ilk ölkə layihəsi yaradılır – Asgardia

Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəyli Parisdə Qərb jurnalistlərinə “Asgardia” adlı yeni layihəni təqdim edib.
İqor Aşurbəylinin rəhbərliyi altında beynəlxalq komanda genişmiqyaslı layihəyə, kosmosda “Asgardia” adlı müstəqil dövlətin yaradılmasına başlayır.
Bu ölkənin ilk “kərpici” isə gələn il kosmosa buraxılması planlaşdırılan peykdir.
Layihənin olduqca demokratik olacağı bildirilir. Gələcək ölkənin ilk sakinləri layihənin saytında qeydiyyatdan keçən 100.000 adam olacaq.
Aşurbəylinin sözlərinə görə, “Asgardia” kosmosda dövlətçiliyin yeni forması ola bilər. Bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər.
Layihədə iştirak edən alimlər ümid edirlər ki, “Asgardia” bütün bəşəriyyətə xeyir verəcək bir layihə olacaq.
Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. “Almaz-Antey” konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.
2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

EurasiaDiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir