Search
43ab4c028dc640e1278c57257512dd4f_L

Kapital Bazarı üzrə Təlim Mərkəzi “MaliyyəTəhlili” təlimi üzrə qeydiyyat elan edir!

Kapital Bazarı üzrə Təlim Mərkəzi “MaliyyəTəhlili” (başlanğıc) təlimi üzrə qeydiyyat elan edir!

Təlimin başlama tarixi: 26 iyul 2016 – cı il Dərs günləri: cümə axşamı və bazar günləri Vaxt: 1)Cümə axşamı: 19:00 – 21:00 2)Bazar günləri: 10:00 – 12:00

Təlim proqramı maliyyə sahəsinə yeni qatılıb peşəkar maliyyəçi olmaq istəyənlər üçün nəzərdə tutulub. Proqram maliyyə təhlilinin əsas biliklərini təqdim edərək, iştirakçılarda güclü maliyyə bazasını formalaşdırır. Təlimin əsas məqsədi müəssisənin maliyyə vəziyyəti, maliyyə hesablamaları və maliyyə fəaliyyətinin nəticələri barədə elmi və praktiki bilikləri təqdim etməklə, iştirakçılarda maliyyə bazarı haqqında güclü bilik bazasını formallaşdırmaq və iştirakçıları peşəkar təlimlərə hazırlamaqdır.

Təlim haqqında ümumi məlumat:

Tədris dili: Azərbaycan dili Təlimin müddəti(saat): 25 saat Təlimin ümumi qiyməti – 219 AZN * Hissə-hissə ödəniş mümkündür. Təlimçi: Seymur İbadov http://cmtc.gov.az/az/telimciler/14

Təlim 12 dərsdən ibarətdir. Dərslərin müddəti mövzudan asılı olaraq 2 və ya 3 saat təşkil edir. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub. İştirakçılar təlim materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Sonda təlimin nəticəsi olaraq iştirakçıların əldə etdikləri bilik və bacarıqları yoxlamaq üçün test təşkil olunacaq.

Onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkdə “Kursa qeydiyyat” bölümündən istifadə edə bilərsiniz :http://cmtc.gov.az/az/maliyye-tehlili-kursu

Təlimin sonunda imtahan təşkil olunacaq. İmtahanın nəticəsindən asılı olaraq iştirakçılar müvəffəqiyyət və ya iştirak sertifikatı ilə təmin olunacaqlar!

Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın: (+994)12 498 16 77 (+994)70 618 16 83 (+994)55 672 99 79 E-mail: info@cmtc.gov.az Web: cmtc.gov.az

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir