Search
7

İxracatçıların nəzərinə – “Prowein” sərgisi keçiriləcək!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniyanın Düsseldorf şəhərində 19 mart – 21 mart 2017-ci il tarixlərində keçiriləcək “Prowein” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 15 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: destek@azpromo.az. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 1 fevral 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

– ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,

– nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,

– sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • nümayiş olunacaq məhsulların siyahısı;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 16 yanvar 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir