Search
Oil Pump Pumpjack & Worker Silhouettes

İşdə xəsarət alan neftçilərə 95 min manat sığorta pulu verildi

“PAŞA Həyat” sığorta şirkəti “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə daha iki sığortalı şəxsə 95 272 manat ödəniş edib. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,ayrı-ayrı neft şirkətlərində çalışan iki sığortalı əməkdaş istehsalat zamanı xəsarət alıblar. Qanunvericiliyə əsasən, müəyyən edilib ki, işçilərdən biri xəsarət nəticəsində əmək qabiliyyətinin 100%-ni, digər işçi isə 60%-ni itirib.
Sığorta olunan şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, “PAŞA Həyat” şirkəti tərəfindən zərərçəkmiş şəxslərə, o cümlədən əmək qabiliyyətinin 100%-ni itirmiş şəxsə 55 474 manat, əmək qabiliyyətinin 60%-ni itirmiş şəxsə isə 39 798 manat həcmində birdəfəlik sığorta ödənişləri verilib.
Qeyd edək ki, cari ilin yanvar ayından indiyədək istehsalat zamanı xəsarət alan şəxslərə görə “PAŞA Həyat” tərəfindən 451 000 manatdan çox birdəfəlik ödənişlər edilib.
Fins.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir