Search
2016-11-07-PHOTO-00002158

İqtisadiyyat naziri Serbiyada avtomagistralın açılışında iştirak edib

Noyabrın 7-də Serbiyada Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq tikilmiş avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı olub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 mln. avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın “AzVirt” şirkətidir.

Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən “Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır” lövhəsi yerləşdirilib.

2016-11-07-PHOTO-00002160Açılış mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı aparılmış məhsuldar danışıqlar və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır, Azərbaycan Respublikasının Prezidenti Serbiya ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycan-Serbiya əlaqələrinin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. İndiyədək Komissiyanın 4 iclası keçirilib və bu iclaslar çərçivəsində əldə edilən razılıqlar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, ətraf mühit və s. sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.

Nazir Şahin Mustafayev ötən müddətdə ticarət, investisiya sahələrində əhəmiyyətli işlərin görüldüyünü, biznes forum və s. tədbirlərin keçirildiyini, Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının fəaliyyətə başladığını qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün Azərbaycan və Serbiya birgə müəssisələr yaratmaqla yeni bazarlara çıxa və işgüzar əməkdaşlığı genişləndirə bilərlər. Bundan başqa, Azərbaycan şirkətləri Serbiyada həyata keçirilən özəlləşdirmə prosesində, dövlət-özəl tərəfdaşlığı əsasında infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.

Ölkələrimiz arasında humanitar sahədə də önəmli layihələr həyata keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi zəngin və qədim tarixə malik olan Azərbaycan və Serbiya xalqları arasında körpü rolunu oynayır və humanitar sahədə əməkdaşlığımıza öz töhfəsini verir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir sıra sosial obyektlərin – Belqradda “Taşmaydan parkı”, “Bayraqlı cami” məscidi, Novi Sad şəhərində “Müqəddəs Petki” kilsəsi, Novi Pazarda Mədəniyyət Mərkəzinin təmir-tikinti işləri həyata keçirilib. Bundan başqa, Novi Sad şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun memorialı yaradılıb, Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün açılışı olan “11-ci dəhliz” avtomagistralının Lyiq-Preljina hissəsi Azərbaycan-Serbiya əməkdaşlığının gözəl nümunələrindəndir və yeni layihələr üçün stimuldur.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç, baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç çıxışlarında layihənın Serbiya-Azərbaycan əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına və bu gün açılışı olan avtomagistralın tikintisinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Sonra Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışını əks etdirən lenti kəsib və xatirə lövhəsini açıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Serbiyaya səfər zamanı Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Serbiyanın baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç və Serbiyanın İqtisadiyyat naziri Goran Knezeviçlə görüşüb. Görüşlərdə hər iki ölkədə qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi, Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyi, əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir