Search
IMG_5443

İqtisadiyyat naziri Şahin Mustafayev “VTB Bank”ın nümayəndəsi ilə görüşüb

Noyabrın 2-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayevin, VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Rusiyanın “VTB Bank”ının İdarə Heyətinin sədr müavini Mixail Oseyevskinin iştirakı və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir sıra yerli şirkətlərin rəhbərlərinin iştirakı ilə işgüzar görüş keçirilib.

IMG_5421

Nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdiyini, VII Azərbaycan-Rusiya Regionlararası Forumunun ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edərək, Forumda 300-dən çox iş adamının iştirakını və imzalanmış 12 sənəddən 9-nun məhz iqtisadi sahə ilə bağlı olduğunu vurğulayıb. Şahin Mustafayev Rusiyanın böyük banklarından olan “VTB Bank”ın ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın kreditləşməsinə maraq göstərdiyini və bu baxımdan əlaqələrin əhəmiyyətini qeyd edib, iş adamlarını Bankla fəal əməkdaşlığa dəvət edib.

“VTB Bank”ın İdarə Heyətinin sədr müavini Mixail Oseyevski VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edıb. Mixail Oseyevski bankın fəaliyyəti barədə məlumat verərək, “VTB Bank”ın dünyanın 20 ölkəsində, o cümlədən 2009-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, Bankın müştəriləri müasir bank xidmətlərindən yararlanır və mobil bankçılıq xidmətlərinin istifadəyə verilməsi bu imkanları daha da genişləndirəcək. Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətində olan “VTB Bank” yeni müştərilərin cəlb olunması sahəsində iş aparır. Rusiyada idxalı əvəz edən sahələrin inkişafı barədə danışan Mixail Oseyevski “VTB Bank”ın Azərbaycan-Rusiya ticarət əlaqələrinin və Azərbaycan iş adamları ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə “VTB Bank”a “AS Group”un və “Azersun Holdinq”in istixana tikintisi, “ADO-G Group” şirkətinin neft-maşınqayırma zavodunun inşası layihələrinin təqdimatı keçirilib, bu layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib və iş adamlarının sualları cavablandırılıb.

Görüşdə VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya Federasiyası nümayəndə heyətinin üzvü, Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev vilayətin investisiya imkanalrını təqdim edib, Azərbaycan iş adamlarını vilayətdə layihələr həyata keçirməyə dəvət edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir