Search
932663_484638

İpoteka krediti almaq istəyənlərə xoş xəbər – VİDEO

Bu məbləğin yarısı sosial mənzillərin tikintisinə, yarısı sosial ipotekaya sərf olunacaq.
Sosial ipotekanın maliyyələşdirilməsinə dövlət büdcəsindən İpoteka Fonduna gələn il 50 milyon manat ayrılacaq. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Eyni məbləğ 2016-cı ilin dövlət büdcəsində yerləşdirilib və 28,2 milyon manatı artıq sosial ipotekaya xərclənib. Gələn il də bu sahəyə həmin həcmdə vəsaitin ayrılması nəzərdə tutulur.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yaxın gələcəkdə müəllim və həkimlərə də sosial ipoteka veriləcəyi gözlənilir ki, bu da kreditləşmənin əhatə dairəsini genişləndirəcək.
Daha 50 milyon manat isə sosial mənzillərin tikintisi üçün Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə ayrılacaq.
Sosial mənzillərin inşasına 2017-ci ildən başlanılacaq.
xezerxeber



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir