Search
inflation-rate-september-2014-410x280

İnflyasiya güclənir

2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8 faiz bahalaşıb.

Xatırladaq ki, ötən ay isə illik inflyasiya 10,6% təşkil edirdi.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,9 faiz bahalaşıb.

2016-cı ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,4 faiz bahalaşıb.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir