Search
photo_68152

Google istifadəçilərini park gəzintisinə çıxarır

ABŞ-ın Milli Parklar İdarəsinin 100 illiyi şərəfinə Google şirkəti öz istifadəçilərinə elə evlərində oturaraq, vəhşi təbiətdən həzz almaq imkanı yaradır. “The Hidden Worlds of the National Parks” adlı layihə 5 məkana getməklə, virtual tur xarakteri daşıyan çox maraqlı bir işdir. Kompaniya Virtual reallıq texnologiyalarından, 360 dərəcəlik video və ponorama fotolardan istifadə edərək, effektiv virtual səyahət təqdim etməyə çalışıb.
Dünyanın fərqli yerlərindən olan Google istifadəçiləri Alyaska, Havay vulkanları, Karlsbad mağaraları, Brayz kanyonu və Dry-Torguras adalarını görmək imkanı əldə edirlər. Bundan başqa layihəyə idarə edilə bilən virtual tur seçimi də əlavə edilib ki, bununla da parkın qoruqçuları məşğul olur. Şirkət məqsədli şəkildə, çox da məşhur olmayan parkları seçimləri arasına salıb. Bununla onlar sübut etməyə çalışır ki, hətta kiçik parklarda da çox böyük gözəlliklərə rast gəlmək olur.
Bu virtual turlara onlayn rejimdə baxmaq istəyənlər iOS və Android üçün nəzərdə tutulmuş “Google Arts & Culture App” adlı proqramdan, oflayn rejimdə isə “Google Expeditions” tətbiqindən qoşula bilərlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir