hf_128935_article

“Goldman Sachs”: OPEC-in qərarı nefti 10 dollar bahalaşdıracaq

OPEC tərəfindən neft hasilatının dondurulması “qara qızıl”ı 10 dollar bahalaşdıra bilər.

“Bloomberg” agentliyinə istinadən xəbər verilir ki, bu barədə “Goldman Sachs” investisiya bankının analitikləri bildirib.
“OPEC tərəfindən sutkalıq hasilatının 32,5 – 33 mln. barrel dəhlizində müəyyən olunması neftin qiymətini dəstəkləməyə hesablanıb, lakin qısamüddətli perspektiv üçündür”, – deyə bankdan bildirilib.

Bankirlər hesab edir ki, bazardakı qeyri-müəyyənlik yaxın aylarda da davam edəcək.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir