Search
YAPL8588

Gəncədə SPECA-nın Rəhbər Şurasının 11-ci sessiyası keçirilib

Noyabrın 23-də Gəncədə keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində “Bərabərlik, inklyuzivlik və sosial ədalət üçün inkişafın tarazlaşdırılması” və “SPECA-nın qiymətləndirilməsi” mövzularında sessiyalarla davam etdirib.

Bundan başqa, iki gün davam edən Gəncə İqtisadi Forumunun nəticələri SPECA-ya üzv ölkələrin nümayəndələri ilə müzakirə edilib, SPECA-nın Rəhbər Şurasının 11-ci sessiyasına dair tövsiyələr qəbul olunub.

Sonra BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 11-ci sessiyası keçirilib. UNESCAP-ın icraçı katibinin müavini Kaveh Zahidi, UNECE-in icraçı katibi Kristian Fris Baxa və iştirakçı ölkələrinin nümayəndə heyəti rəhbərləri yekun çıxış edib və iştirakçı ölkələr arasında əlaqələrin genişləndirilməsi barədə təkliflərini bildiriblər.

Sessiyada İqtisadiyyat nazirinin müavini Sahil Babayev SPECA-nın 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlər, aparılan müzakirələr barədə məlumat verib, üzv ölkələrinin nümayəndələrinin suallarını cavablandırıb, səsləndirlən təkliflərin Katiblik və işçi qrupları səviyyəsində təhlil olunacağını diqqətə çatdırıb.

SPECA-nın Rəhbər Şuranın 11-ci sessiyasında Türkmənistanın növbəti il üçün  SPECA-ya sədrliyi, 2017-ci ildə İqtisadi Forumun və Rəhbər Şurasının növbəti  – 12-ci sessiyasının bu ölkədə keçirilməsi barədə qərar qəbul edilib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir