Search
1315999072_gence-qala

Gəncə Bəyannaməsi qəbul edilib

Noyabrın 23-də Gəncədə BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 11-ci sessiyasının nəticəsi olaraq Gəncə Bəyannaməsi (“Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi”) qəbul edilib.

Sənəddə əsasən, BMT-nin 2016-2030-cu illərdə Davamlı İnkişaf Məqsədlərinin milli strategiyalara uyğunlaşdırılması və milli səviyyədə koordinasiya mexanizmlərinin yaradılmasında SPECA-nın rolu, sərhəd keçidi və gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin genişləndirilməsi, enerji daşıyıcılarının maneəsiz tranzitinə dair əməkdaşlığın davam etdirilməsi məsələləri əksini tapıb. Bəyənnamə həmçinin, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi vasitəsilə açıq dənizə çıxışı olmayan ölkələrə dətək verilməsi, habelə transsərhəd ekoloji problemlərin, iqlim dəyişikliyi və təbii fəlakətlərin təsirlərinin minimuma endirilməsi, işçi-miqrantların hüquqlarının müdafiəsi, təhsil və səhiyyə sahələrində əməkdaşlıq, UNECE və UNESCAP Katiblikləri tərəfindən üzv ölkələrə Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsi üçün dəstək verilməsi və digər istiqamətləri özündə ehtiva edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir