Search
496473_482939

Gələcəkdə ən çox tələb olunacaq PEŞƏLƏR

“Microsoft” korporasiyası 10 ildən sonra ən çox tələb olunacaq peşələrin siyahısını dərc edib. Elm və kosmosun mənimsənilməsi ilə əlaqədar ixtisasların yer aldığı siyahı ilə korporasiyanın rəsmi saytında tanış olmaq olar.
ABŞ korporasiyasının versiyasına görə, ən çox tələb olunan peşələr onluğuna kosmik bələdçi, virtual reallıq dizayneri, mədəniyyət sahəsində rəqəmli şərhçi, biohaker frilanser, robot etikası ilə əlaqədar işlər üzrə hüquqşünas, beyin həcmi üzrə optimallaşdırıcı, enerjidən qənaətli istifadə sahəsində işçi, internet texnikası sahəsində mütəxəssislər, təbii resursların bərpası üzrə mütəxəssis və bədən mühəndisi daxildir.
“Microsoft” analitiklərinin qeyd etdikləri peşələrin əksəriyyəti hazırda mövcud deyil. Lakin korporasiya mütəxəssisləri məktəblilərə tərtib edilən siyahıya çox ciddi yanaşmağı tövsiyə edirlər.
ICTnews



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir