Search
X43P6G1

“Gələn il ödənişli təhsil 20 faizə qədər bahalaşacaq”

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsi barədə fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. 
2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, ödənişli təshilin 20 faizə qədər bahalaşması planlaşdırılır.
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15,9 milyard manat, xərcləri 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb. Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək. Gələn il əsas artım gömrük ödənişlərində və idxala əlavə dəyər vergisində gözlənilir.
Bununla yanaşı, növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalara 48 milyon manat artım proqnzlaşdıırlır. Bu isə o deməkdir ki, gələn il ödənişli təhsil 20 faizə qədər bahalaşacaq”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir